Hikmət Hacıyev: “Erməni işğalçıları əhalimizə qadağan edilmiş silahlardan atəş açırlar” – VİDEO

Ermənistan silahlı qüvvələri beynəlxalq konvensiyalara əsasən qadağan edilən “klaster” adlanan, yəni kasetli bombalardan istifadə edirlər.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, düşmən bunu “Smerç” tipli raket sistemlərinə daxil edilək Azərbaycanın şəhərlərinə qarşı atır:

“Əmin ola bilərsiz ki, Azərbaycan tərəfi bu kimi hücumların heç birini cavabsız qoymayıb və qoymayacaq da. Düşmənə adekvat cavablar verilir”. 

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir