Hikmət Hacıyev: “Ermənistanın Azərbaycana qarşı vandalizm aktı Rusiyaya qarşı da hörmətsizlikdir”

Ermənistanın humanitar atəşkəs rejimi ilə bağlı birgə bayanatdan sonra bu cür addım atması Rusiya Federasiyasına qarşı da hörmətsizlik kimi qiymətləndirilməlidir.

Bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya Federasiyasının bilavasitə vastiçəliyi ilə humanitar əsaslarla atəşkəslə bağlı fikirlər ortaya qoyduğu halda Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu vandallıq soyqırım aktı törədildi:

“Düşünürük ki, bu hadisələrə bütün ictimaiyyət lazımi qiymət verməlidir”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir