Hikmət Hacıyev: “Xocalı soyqırımı Ermənistanın məğlubiyyəti idi”

“Xocalı soyqırımından 30 il keçir. Bu qətliam təkcə Azərbaycanın deyil, bəşəriyyətin faciəsidir”.

Ria24.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Xocalı soyqırımı ilə bağlı Ermənistana heç bir cəza verilməyib:

“Burada beynəlxalq ictimaiyyət bu məsələyə biganə yanaşıb”.

H.Hacıyev əlavə edib ki, Xocalı soyqırımı Ermənistan dövlətinin məğlubiyyəti idi:

“Çünki həmin gün bir dövlət kimi mənəvi əsaslarını itirmiş oldu. Erməni xalqı mütləq Xocalı faciəsinə görə üzr istəməlidir ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.