Hikmət Hacıyevlə Fəxrəddin Altun arasında telefon danışığı oldu

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun arasında telefon danışığı olub. 

Bununla bağlı H.Hacıyev özünün “Twitter” hesabında məlumat verib. 

“Ölkələrimizə qarşı aparılan qara təbliğata, dezinformasiyaya tab gətirmək üçün birgə fəaliyyətlərimizi, əməkdaşlığımızı nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib təşəbbüsdür”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir