Hulusi Akar: “Ermənistan düşmənçiliyi dayandırıb gələcəyə baxmalıdır”

“Bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyənin qardaşlığı əzəldən əbədiyyətə qədər uzanır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. ”.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Bakıda Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən tədbirdə bildirib.

O, Türkiyənin yaşadığı fəlakətlərdə və fövqəladə hallarda Azərbaycan xalqının bütün imkanları ilə yardım əlini uzatdığını xatırladıb.

Akar qeyd edib ki, qələbə qazanıldı, amma uzun illərdən sonra Qafqaza əmin-amanlıq gətirəcək sülhün daimi olmasını təmin etmək üçün yeni mübarizə başladı:

“Bu çərçivədə Şuşa Bəyannaməsi gələcəyə doğru atılan güclü addımdır. Cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğan gələcək nəsillərə sülhü miras qoymaq üçün çox konstruktiv yanaşma nümayiş etdirdilər və sabitlik və əməkdaşlığa əsaslanan yeni dövrün qapısını açdılar”.

“Ermənistan rəsmilərinin də mövcud siyasətlərini bir kənara qoyub, 3+3 platforması təklifimizdən yararlanmasını gözləyirik. İndi hamı bilməlidir ki, nifrət və kin üzərində gələcək qurmaq olmaz. Ermənistan düşmənçiliyi dayandırıb gələcəyə baxmalıdır. Biz bu düşüncə ilə tarixi məsuliyyətimizin bir hissəsi olaraq bölgəmizdə sülh, əmin-amanlıq və sabitlik üçün səy göstərməyə çalışacağıq”, – deyə Akar vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir