Hulusi Akar: “Ermənistanın cənab Əliyev və Ərdoğanın uzatdığı sülh əlini tutacağına ümid edirik”

“Azərbaycan bizim can qardaşımız. Azərbaycanın haqlı davasında onlarla bərabərik”.

Bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Bizim arzumuz cənab Əliyev və cənab Prezidentimizin birlikdə Ermənistana uzatdıqları sülh əlinin Ermənistan tərəfindən anlaşılması və tutulması, bu fürsətdən istifadə edilməsidir. Sadəcə məsələ Azərbaycan-Ermənistan da deyil, bütün bölgədə Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran bütünlükdə bir sabitlik adası halına gəlməlidir”, – deyə H.Akar bildirib.

Azərbaycanla hərbi əməkdaşlığın davam etdiyini bildirən Hulusi Akar atəşkəsə nəzarət üçün Rusiya ilə bərabər 30 yanvardan bu yana birgə mərkəz qurulduğunu xatırladıb, həmçinin atəşkəsin pozulmasına münasibət bildirib:

“Hadisəyə nikbin baxırıq. Getdikcə atəşkəs pozuntuları azalır. Sabitlik daha əhatəli hala çevrilir. Diləyimiz, düşüncəmiz qarşıdakı günlərdə daha sabit bir vəziyyətin ortaya çıxmasıdır. Buradakı fəaliyyətlərin Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olduğunu göstərdiyini, atəşkəsin davamlılığına fayda verdiyimizi görürük”.

Mənbə: HaberTürk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir