Hulusi Akar: “Hər zaman Qazaxıstanın yanındayıq”

“Qazaxıstandakı son hadisələri yaxından izləyirik”.

Bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

“Qazaxıstan bizim önəmli müttəfiqimizdir. İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkan və bacarıqları ilə bütün çətinliklərin öhdəsindən gələcəklər. Biz hər zaman olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq. Cənab Prezidentimiz istənilən məlumat və təcrübə mübadiləsinə hazır olmağımız barədə açıqlama verib. Bu bizim üçün təlimatdır. Hər hansı bir tələb, istək olduğu zaman bizə əmr, göstəriş veriləndə biz də qazaxıstanlı qardaşlarımıza istənilən yardımı etməyə, əlimizdən gələn dəstəyi verməyə hazır olduğumuzu bir daha ifadə edirik.

Mənbə: HaberTürk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir