İbrahim Kalın: “Eyni ruh və qətiyyət Qarabağı azad etdi” – FOTO

Türkiyə prezidentinin sozçüsü İbrahim Kalın Bakının azad edilməsinin 103-cü ildönümü ilə bağlı paylaşım edib.

“Qafqaz İslam Ordusunun Bakını azad etməsinin ildönümündə Nuri Paşa başda olmaqla bütün şəhidlərimizi və qazilərimizi rəhmət və minnətdarlıqla anıram”, – deyə o “Twitter” hesabında yazıb.

Kalın qeyd edib ki, bir əsr sonra eyni ruh və qətiyyət Qarabağı azad etdi.

“Türkiyə-Azərbaycan qardaşlığı əbədi qalacaq”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir