İbrahim Kalın: “Qarabağ münaqişəsində ən çox zərərli çıxan Ermənistandır” – VİDEO

Ermənistanın aqressiv, təcavüzkar, qeyri-leqal mövqeyi bizi təəccübləndirmir.

Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib.

Onun sözlərinə görə, illərdir kiçik dövlət olan Ermənistan təəssüf ki, Qərb dövlətləri tərəfindən ürəkləndirilib və bəlkə də bu istiqamətdə hərəkət etmək üçün təşviq olunub.

O, qeyd edib ki, Türkiyə Qarabağ ərazisindəki bütün ixtilafları Rusiya ilə birlikdə həll etmək üçün bir perspektiv formalaşdırsa da bu, nəticəsiz qalıb:

“2010-cu ildə Türkiyə bu problemi həll etmək üçün Ermənistanın Azərbaycan torpaqlarından çıxması ilə bağlı protokol təqdim etdi və Ermənistan onu imzaladı. Lakin sonra həm erməni diasporu, həm xarici və daxili lobbiləri və digər güc ünsürləri müdaxilə etdilər. Nəticədə, Ermənistan protokolda qol çəkdiklərinə əməl etmədi. Problem həll edilmədi və dondurulmuş şəkildə qaldı. Əslində bundan ən çox zərər çəkən Ermənistan oldu. Çünki o, dənizə çıxışı olmayan kiçik bir ölkədir. Azərbaycan isə son 10-15 il müddətdə cənab İlham Əliyevin liderliyi ilə iqtisadiyyatını, müdafiə sənayesini, ordusunu, beynəlxalq əlaqələrini 3-4 dəfə inkişaf etdirdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir