İcra hakimiyyətlərində yeni şöbə yaradılır – FƏRMAN

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, Bakı şəhəri və paytaxtın 12 rayonu, eləcə də Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naxçıvan və Naftalan şəhər icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir