İlham Əliyev: “Azərbaycan İran İslam Respublikası ilə əlaqələrə çox böyük önəm verir”

Azərbaycan İran İslam Respublikası ilə əlaqələrə çox böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündə söyləyib.

Azərbaycan Prezidenti deyib: “Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir