İlham Əliyev: “Azərbaycan NATO ölkələri üçün etibarlı qaz təchizatçısıdır”

“Azərbaycan bu gün NATO üzvü olan ölkələr üçün ən etibarlı qaz təchizatçısıdır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev NATO baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirilən birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bu, regional eneri təhlükəsizliyi, eləcə də ölkələrin milli təhlükəsizliyi üçün mühüm amildir.

“Biz ümumilikdə NATO ilə yüksək səviyyəli əməkdaşlıqdan şadıq. NATO Azərbaycanın səylərini dəstəkləyir”, – deyə İlham Əliyev əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir