İlham Əliyev: “Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”

“Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə bizim ölkələrimiz, qarşılıqlı fəaliyyətimiz və regional təhlükəsizlik üçün olduqca pozitiv əhəmiyyət kəsb edəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: “Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə son illər bizim fəal işimizin, qarşılıqlı əməkdaşlıq potensialının yüksəldilməsinin çox yaxşı nümayişidir. Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.