İlham Əliyev: “Ermənistanın baş naziri sakitdir, xarici işlər naziri isə aqressivdir”

“Azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacaqlarını proqnozlaşdırmaq çətindir”. 

Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında çıxış edərkən deyib. 

İlham Əliyev qeyd edib ki, böyük sülhün əldə olunması siyasi müdriklikdən və siyasətçilərdən asılı olacaq. 

“Düşünürəm ki, biz və İrəvan, yeni körpü yaratmaq üçün daha aktiv olmalıyıq. Təbii ki, Ermənistan bunu istəyirsə. Biz başqa niyyət güdmürük”. 

İlham Əliyev qeyd edib ki, münaqişə səhifəsi artıq bağlanıb. 

“Mən dəfələrlə müzakirələrdə Ermənistanla mümkün sülh müqaviləsindən danışmışam. Bu, bizim plandır. Lakin biz eyni mesajları Ermənistan tərəfindən almırıq. Ermənistanın baş naziri sakitdir, xarici işlər naziri isə çox aqressivdir”. 

İlham Əliyev qeyd edib ki, Ermənistanın mövqeyi Azərbaycanofobiya və türkofobiyadır. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir