İlham Əliyev Monteneqro xalqını təbrik etdi

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

“Monteneqronun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Monteneqro arasındakı münasibətlər uğurla inkişaf edir. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir