İlham Əliyev MTRŞ-yə dörd milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncam Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçıları tərəfindən ölkə ictimaiyyətinin operativ və dolğun informasiya ilə təmin edilməsi, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz Vətəni barədə məlumatlılığının artırılması, Azərbaycan xalqının mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, maarifçilik xəttinin gücləndirilməsi, peşəkarlığın yüksəldilməsi, həmçinin televiziya və radioların texniki imkanlarının artırılması, əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq imzalanıb. 

Sənədə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir