İlham Əliyev: “Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi” – YENİLƏNİB + VİDEO

“Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir”.

Bunu Qubadlı rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xanlıq qəsəbəsində olarkən deyib.

Qeyd edək ki, prezidentin görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün sosial media hesabında paylaşıb.

21:32

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında son Qarabağ səfəri ilə bağlı paylaşım edib. 

O, paylaşdığı videolara belə bir şərh əlavə edib: 

“Əziz və doğma Zəngilan və Qubadlı torpaqlarından dərin hörmət və sevgilərlə, Sizin Mehriban”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir