İlham Əliyev qırğızıstanlı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Sadır Japarova təbrik məktubu ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Qardaş Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə bağlı olan dostluq əlaqələrimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimiz bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək birgə fəaliyyətimiz üçün möhkəm zəmin olacaqdır.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Qırğız Respublikasına daim firavanlıq və əmin-amanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir