İlham Əliyev Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüblər.

TASS xəbər verir ki, tədbir iştirakçıları fevralın 22-də iki ölkə liderlərinin imzaladığı Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müxtəlif aspektlərini müzakirə ediblər. 

Bundan əlavə, Prezident və Birinci vitse-prezident dünyada mövcud iqtisadi və siyasi vəziyyət, pandemiya, eləcə də Qarabağın bərpası ilə bağlı sualları cavablandırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.