İlham Əliyev Rusiyanın “Rossiya1” telekanalına açıqlama verib – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərində olarkən Rusiyanın “Rossiya1” telekanalına açıqlama verib. 

Açıqlamasında Soçidəki görüşləri müsbət dəyərləndirdiyini bildirən Prezident deyib:

“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Görüşlərin nəticəsində qəbul olunmuş müştərək bəyanat da məhz bundan xəbər verir. Nəqliyyat yollarının açılması, delimitasiya ilə bağlı komissiyaların hazırlıq işləri – bunlar hamısı Azərbaycanın dəfələrlə irəli sürdüyü və Rusiyanın dəstəklədiyi mövzulardır. Bugünkü görüş də eynilə çox mühüm məna kəsb edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir