İlham Əliyev Türkiyə-Azərbaycan münasibətləri barədə: “Heydər Əliyevin sözləri bizim üçün işıqlı yoldur”

“Dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik ölkələr çoxdur. Ətrafımızda da belə ölkələr var. Baxın, görün bu ölkələr arasında münasibətlər necədir, bəziləri bir-birinə düşməndir. Yəni, ortaq tarix, köklər qardaş ölkə olmaq demək deyil. Bu, böyük bir siyasətin təzahürüdür”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “CNN Türk” telekanalına müsahibəsi zamanı deyib.

“Həm Türkiyə, həm də Azərbaycan tərəfindən vahid siyasət yaradıldı. Atamın böyük bir kəlamı var: “Bir millət, iki dövlət”. Bu sözlər bizim üçün işıqlı yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq hər istiqamət üzrə münasibətləri gücləndirdik.

Ona görə də Azərbaycanda Türkiyəyə böyük sevgi-məhəbbət var. Hər zaman belə olub. İkinci Qarabağ müharibəsindən sonra bu, daha gücləndi. Xalq kimin onun yanında olduğu gördü. Türkiyə və Pakistan yanımızda oldu.

Bu gün Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir. Bizim birliyimiz əbədidir. Sizin nəsil gərək bizim yolumuzu davam etdirsin. Biz sarsılmaz birlik yaratdıq, ancaq siyasət elə sahədir ki, hər gün çalışmalısan boşluq olmasın, ara yaranmasın, kimsə bu araya girməsin”, – deyə dövlət başçısı bildirib.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir