İlham Əliyev və Mehriban Əliyeva Cıdır düzündə bayram tonqalı alovlandırıblar – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar.

Bundan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib:

“Bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq hər il mən xalqımı Novruz bayramı münasibəti ilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, Novruz bayramını Qarabağ torpağında işğaldan sonra, torpaqlar azad olunandan sonra qeyd edəcəyik. Bu gün gəldi.

Bu gün biz Novruz bayramını qədim şəhərimiz olan, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız fikirləşirdik, bir-birimizə deyirdik ki, inşallah gələn il Novruz bayramını Qarabağda qeyd edəcəyik, gələn il Novruz bayramını Şuşada qeyd edəcəyik. Bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik. Tarixi ədaləti bərpa etmişik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir