İlham Əliyevin 44 günlük Vətən müharibəsində qətiyyəti və dik duruşu xalqı qürurlandırır – MÜRACİƏTLƏR

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı Ordumuzun sentyabrın 27-dən işğalçılara qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər bildirirlər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının əbədi qəhrəmanıdır. Prezident bu adı döyüş meydanında qazanıb. 44 günlük dövrdə İlham Əliyevin qətiyyəti və dik duruşu xalqı qürurlandırır.

Xalq əmindir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir