İlham Əliyevlə Nikol Paşinyan razılaşdı: Zəngəzur dəhlizi boyunca dəmir yolu xətti çəkiləcək

Zəngəzur dəhlizi boyunca dəmir yolu xətti çəkiləcək.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında bildirilir.

Qeyd olunub ki, qarşılıqlı prinsip əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə, dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb.

Xatırladaq ki, Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir