“İndi Paşinyana ehtiyac yoxdur, o, özü bunu anlayır” – Rusiyadan MÜSAHİBƏ

Rusiyada Yeni Türkiyə Tədqiqat Mərkəzinin direktoru Yuri Mavaşev Qarabağ məsələsinin nizamlamasında Ermənistanın Baş naziri Nikol Paşinyana ehtiyac olub-olmaması barədə danışıb.

O, bu barədə Media.Az-a bildirib ki, Ermənistanın ikinci prezidenti, “Qarabağ klanı”nın nümayəndəsi Robert Koçaryanın dəstəyi ilə Kremlin bəzi nümayəndələri Paşinyanı kənarlaşdırmağa çalışır.

“Yeri gəlmişkən, ola bilsin ki, Koçaryanın bunu istəməsi də mümkündür.

Ümumiyyətlə, Nikol Paşinyanın razılaşmaların həyata keçirilməsinin vacib olduğu dövr üçün vəzifəsində saxlanıldığı açıq idi. İndi Paşinyana artıq xüsusilə ehtiyac yoxdur, özü də bunu başa düşür. Ermənistanın baş naziri müqavimət göstərəcək.

Paşinyanın “İskəndər” raket sistemlərinin zəif təsirindən danışarkən Kremlə eyham vurmasını xatırlayın. Bunların heç biri səbəbsiz deyil və Rusiya elitasının nümayəndələri ilə toqquşmadan xəbər verir. Yəni ki, onun getməsi məsələsi qısa müddətdə olmasa da, çox güman ki, həll edilib.

Ancaq Paşinyan getsə də, qalsa da, indiki etirazların istənilən nəticəsi Rusiya üçün zərərli olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir