İrəvanda azərbaycanlı deputatlara hücuma cəhd edən daşnaklar cəzalandırılacaq

Ermənistan polisi ötən gün azərbaycanlı deputatların qaldığı hotelə soxulmağa cəhd edən 25 nəfərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıb.

Erməni mənbələrinin məlumatına görə, bu barədə vəkil Benik Qalstyan xəbər verib.

“Qərara əsasən cinayət işi açılıb, adıçəkilən 25 nəfər xuliqanlıq edib”, – deyən hüquq müdafiəçisi saxlanılan şəxslərin öz qanunsuz əməllərinə polis idarəsində davam etdiyini bildirib.

Qeyd edək ki, azərbaycanlı deputatların qaldığı hotelə hücum edənlər Ermənistanın radikal millətçi “Daşnaksütyun” Partiyasının üzvləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.