İran xarici işlər naziri Bakıya səfərə gələcək

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Azərbaycana səfər edəcək. 

“Mehr” agentliyi xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə məlumat verib.

O bildirib ki, Bakıdan sonra Zərif İrəvana yola düşəcək.

Xətibzadənin sözlərinə görə, İran XİN rəhbəri Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatı müzakirə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir