ISESCO-nun sabiq baş direktoru: “Təbii ehtiyatların hasilatı ifrat həddə çatıb”

“Təbii ehtiyatların hasilatının ifrat həddə çatması qlobal iqlim dəyişikliyinə gətirib çıxarır”.

Oxu.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri deyib. 

O təklif edib ki, dünyada günəş və külək enerjilərindən istifadəyə keçid sürətlənməlidir.

“Biz bərpa olunmayan enerji mənbələrinə söykənsək, o zaman onları tükədə bilərik. İnsanlar özü ətraf mühitin xilas edilməsində iştirak etməlidirlər”, – deyə o əlavə edib. 

Onun fikrincə, texnologiyalar inkişaf etdikcə yeni modellər ortaya çıxacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir