“İşğal olunmuş ərazilər geri qaytarılmadan, sülh danışıqlarından söhbət gedə bilməz” – MÜSAHİBƏ

İndiki vəziyyətdə hamı başa düşür ki, Azərbaycanın işğal altında olan əraziləri Ermənistan tərəfindən qaytarılmadan münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar barədə söhbət gedə bilməz.

Bu barədə Gürcüstanın Yaxın Şərq və Qafqaz Araşdırmaları İnstitutunun (IMECS) təsisçisi və baş direktoru Vasili Papava Media.Az-a açıqlamasında bəyan edib.

O, rəsmi Bakının bunu açıq şəkildə bildirdiyini və Azərbaycanın torpaqlarının işğalı ilə barışmayacağı vurğulandığını xatırladıb.

V. Papava bu gün Ermənistanın da buna getməyə hazır olduğunu vurğulayıb:

“Amma hələ hansı istiqamətdə və hansı miqyasda olması tam aydın deyil. Bu, yaxın gələcəkdə, Azərbaycan Qarabağın tərkibi olmayan ərazilərdə öz yurisdiksiyasını möhkəmləndirəndə məlum olacaq”.

Siyasi analitikin sözlərinə görə, Ermənistan onu hərbi və diplomatik baxımdan daha sərfəli vəziyyətə gətirəcək mexanizmləri cəlb etməyə çalışır. O, bildirib ki, söhbət Rusiyadan və digər KTMT dövlətlərindən rəsmi dəstəyin cəlb edilməsindən gedir.

“Ancaq Rusiya prezidenti Vladimir Putin, yardımın göstərilməsi və KTMT öhdəliyinin yerinə yetirilməsinin döyüş əməliyyatları Ermənistan ərazisinə keçəcəyi təqdirdə mümkün olacağını deyib. Bu Azərbaycanın işğal olunmuş bölgələri və ya onların bir hissəsini geri qaytarmaq üçün gördüyü tədbirlərə razılıq kimi qəbul edilə bilər”, – deyə V.Papava vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir