İslam Əməkdaşlıq Təşkilatı həmişə Azərbaycanı dəstəkləyib – AÇIQLAMA

“İslam Əməkdaşlıq Təşkilatı yanında Təmas Qrupunun üzvlərinin Azərbaycana səfərinin əsas məqsədi post-müharibə dövründə işğaldan azad edilmiş ərazilərindəki vəziyyətlə tanış olmaqdır”

Oxu.Az xəbər verir ki, Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Bin Əhməd Əl-Osayminlə keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, İƏT hər zaman Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Nazir qeyd edib ki, İƏT 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycana dəstək verib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir