İsmayıl Seragəldin: “Azərbaycanın mədəniyyət şəhəri Şuşanın bərpasında maraqlıyıq”

“Biz Azərbaycanın mədəniyyət şəhəri elan edilmiş Şuşanın bərpasında maraqlıyıq. Çox şadıq ki, forum iştirakçıları bu gün burada bizimlə birlikdə yenidənqurma prosesinin şahidi olurlar”.

“Ria24.az” xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Seragəldin IX Qlobal Bakı Forumu iştirakçılarının Şuşa şəhərinə səfəri zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu gün Şuşada müzakirə olunacaq panellərdə minatəmizləmə sahəsindəki maneələr və dayanıqlı inkişafın yenidənqurma işlərinə necə daxil ediləcəyi barədə danışılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.