İsrail qəzeti: “Erməni işğalçılar bu torpaqlarda mina və nifrətdən başqa bir şey əkməyiblər” – FOTO

“Çox təəccüblüdür: 26-30 il arasında Azərbaycan torpaqlarının işğalının davam etməsi ilə bağlı fərqli rəqəmlər səsləndirilir, lakin bu qədər uzun müddətdə işğalçılar demək olar ki, az qala bütün İttifaqı (SSSR-i – red.) tərəvəzlə təmin edən bu bərəkətli torpaqlarda mina və nifrətdən başqa bir şey əkməyiblər”.

Bu barədə İsrailin “Epoxa” qəzetinin baş redaktoru Lyudmila Karasevanın məqaləsində qeyd edilir.

“Görünür, yalnız ölüm yarada bilən fərdlər var (görünənlərdən sonra onları insan adlandırmaq çətindir). Bütün erməni xalqı barəsində bu rakursdan danışmaq istəməzdim, amma bu torpağa ölüm və dağıntı gətirənlər mühakimə olunmalıdır.

Biz Cəbrayıl və Zəngilan bölgələri arasında, işğaldan azad edilmiş bir bölgədəyik. Amma nə fərqi var? Yalnız təməllərin qaldığı məhv edilmiş kəndlər hər yerdə bir-birinə bənzəyir… Bu, İsrailin cənubunda atılan atəşin nəticələrini gördükdə ortaya çıxan hissə bir qədər bənzərdir.

Müharibədən bəhs edən film? Oxşayır, amma daha pisdir. Hətta müharibə filmlərində də müəlliflər etik səbəblərdən bu qədər tükürpədici şəkillər vermirlər. Ağdam yaxınlığındakı qəbiristanlıqda bizə qazılmış məzarları göstərdilər – onların məzar daşları qoparılıb, qəbirlər talan edilib – qızıl zinət əşyaları axtarıblar.

İnsan psixikası bunu dərk edə bilmir, amma bizim üçün, Holokostun dəhşətlərini heç vaxt unutmayan israillilər üçün bu sadəcə cəhənnəmin şəkli idi…

Həyat: Zəngilan rayonunda oradan olan qaçqınların geri dönəcəyi, tikilməkdə olan “ağıllı kənd”. Burada inşaatın başlanması barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qərar verilib.

Həyat Füzuli rayonunda yeni beynəlxalq səviyyəli bir aerodromdadır: o, işğalçıların məhvə və ölümə məhkum etdiyi rayonu bütün dünya ilə birləşdirəcək super böyük nəqliyyat mərkəzinin bir hissəsi olacaq. Həyat qayıdır…

Qarabağa gedən çətin yollarda və Bakıda bizi qarşılayan hər kəsin bizə, israillilərə münasibəti barədə də deməliyik: işğalçılara qarşı ədalətli mübarizədə dəstəyə, pilotsuz təyyarələrimizə, yaralıların müalicəsinə qatılan həkimlərimizə görə ölkəmizə sevgi və minnətdarlığı hər addımda hiss edirdik”, – deyə jurnalistin məqaləsində vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir