İsrail səfiri: “Azərbaycanla münasibətlərimiz illərin sınağından keçib”

“İsraillə Azərbaycanın münasibətləri tarixi irsə əsaslanır. Azərbaycan müsəlman ölkələri arasında ən böyük yəhudi icmasına ev sahibliyi edən ölkədir”.

Oxu.Az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik İsrail-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İsraildə azərbaycanlılardan ibarət icma var ki, onların da Azərbaycanla əlaqələri olduqca yaxşıdır.

Səfirin sözlərinə görə, Azərbaycan və İsrail müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan insanlara sahib çıxıb.

Diplomat qeyd edib ki, Azərbaycan və İsrail arasında son 30 ildə strateji münasibətlər qurulub.

Corc Dik qeyd edib ki, möhkəm köklərə malik olan əməkdaşlıq illər ərzində çox sınaqlardan keçib.

“Azərbaycanla İsrailin tibb sahəsində əməkdaşlığı qurulub. Bizim səfirliyin təşkilatçılığı ilə müxtəlif tibbi avadanlıqlar Azərbaycana verilib”, – deyə səfir əlavə edib.

Onun fikrincə, Azərbaycan-İsrail münasibətləri 44 günlük Vətən müharibəsi ilə də sınaqdan keçdi:

“Mən Azərbaycanı torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik edirəm. İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir