İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Toplantısı keçiriləcək

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçiriləcək.

Şuradan verilən məlumata görə, toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Qasım Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, həmçinin Macarıstanın Baş naziri Viktor Orban iştirak edəcək.

Tədbir çərçivəsində təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə təhvil verilməsi, həmçinin, Türkmənistanın müşahidəçi statusunda Şuraya qatılması gözlənilir.

Mənbə: turkkon.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir