Kəmaləddin Heydərov: “Azərbaycan yeni mina axtaran robotlar alacaq”

“Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri məqsədilə yeni mina axtaran robotlar alacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, hazırda mina axtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir:

“Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq, abadlıq işləri də sürətləndirilsin. Hazırda mina axtaran cihazlarla yanaşı, mina axtaran robotların da alınması ilə bağlı işlər aparılır. FHN bu işləri ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bunula bağlı sürətli işlər görülülür, məsələlər müzakirə edilir”.

Nazir bildirib ki, ərazi yaşıllıq olduqca minaların axtarılması çətinləşir: “Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir