Kəmaləddin Heydərov: “Bir neçə ilə Azərbaycanda qanunsuz tikili olmayacaq”

“Fövqəladə Hallar Nazirliyi ölkədə qanunsuz tikililərin qarşısının alınması ilə bağlı Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsi və rayon icra hakimiyyətlərinin tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirlərini gücləndirib”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblər var:

“O vaxt məcburi köçkünlərin çox olduğu vaxtlarda belə problemlər ortaya çıxmışdı. Məsələn, Bakı şəhərində hündürmərtəbəli binalar var idi ki, onların yanğın təhlükəsizliyi təmin olunmamışdı, istismara qəbul edilməmişdi. Sonradan həmin binalar texniki şərtlərə uyğun hazırlandı, problemlər aradan qaldırıldıqdan sonra istismara qəbul edildi. Bu proses digər rayonlarda da davam etdirilir”.

“Hesab edirəm ki, bir neçə ilə Azərbaycanda qanunsuz tikili olmayacaq. Hər kəs bilir ki qanunsuz tikililər insan həyatı üçün təhlükəlidir və belə tikililər dövlət tərəfindən qəbul edilməyəcək”, – deyə nazir bildirib.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir