Kamran Əliyev 20 Yanvar hadisələrinin istintaqından DANIŞDI

“20 Yanvar faciəsi bəşəriyyət, insan əleyhinə törədilmiş cinayətdir”.

Ria24.Az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən cinayətə hüquqi qiymət verilib:

“Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün ovaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Qorbaçov tərəfindən belə bir qərar qəbul edilmişdi. Təbii ki, bu, insanlıq əleyhinə olan törədilmiş cinayətin qərar və əmr idi. Bundan sonrakı hadisələr də göz qabağındadır. Bildiyiniz kimi, həmin faktla bağlı cinayət işi başlanılıb, prokurorluqda istintaq aparılır. Burada bir neçə cinayət bir icraatda birləşdirilib. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi. Yalnız Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra 20 Yanvar hadisələrinə 1994-cü ildə siyasi və hüquq verilmişdi”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.