Kanadanın xarici işlər naziri ölkədəki Azərbaycan diasporu ilə görüşüb – FOTO

Kanadanın xarici işlər naziri Melani Coli ölkədə fəaliyyət göstərən Kanada Azərbaycanlıları Şəbəkəsinin üzvlərilə görüşüb.

Bu barədə diaspor təşkilatından məlumat verilib.

Onlayn formatda keçən görüşdə Kanadadakı multikultural Azərbaycan cəmiyyəti və ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin dərinləşməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin 30 ilə yaxın bir müddətdə işğal altında qalan və BMT-nin müvafiq qətnamələrilə Azərbaycan ərazisi kimi tanınan Qarabağ bölgəsi ətrafında da müzakirələr olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir