Komitə sədri: “Təsəvvür edin ki, bir “Kalaşnikov” avtomatının alınması neçəyə başa gəlir”

“2022-ci ilin dövlət büdcəsi çox təmkinli və riskləri olmayan büdcədir”.

Oxu.Az xəbər verir ki, bunu parlamentin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. 

O bildirib ki, Azərbaycanda hərbi xərclərin azaldılaraq, həmin maliyyəni başqa sahələrə yönəltmək mümkün olardı: 

“Ancaq nə edək ki, bizim Ermənistan kimi qonşumuz var. Ona görə də müdafiə və təhlükəsizlik xərcləri artırılır. Mən Müdafiə Nazirliyində yüksək vəzifəli şəxslərdən biri ilə görüşmüşdüm. O, mənə hərbi xərclər barədə danışdı, təsəvvür edin ki, “Kalaşnikov” avtomatı, onun bir mərmisinin alınması neçəyə başa gəlir? Mən rəqəmləri açıqlamıram, amma nəzərə alaq ki, silah-sursat almaq çox xərc aparır”. 

Ziyafət Əsgərov söyləyib ki, bu qədər xərclər qarşısında Maliyyə Nazirliyi mükəmməl büdcə sənədi tərtib edirsə, bu, alqışlanmalıdır. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir