Lavrov əmindir ki, Qarabağ məsələsinin siyasi həlli mümkündür

Dağlıq Qarabağdakı vəziyyətin siyasi yolla tənzimlənməsi mümkündür, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bununla bağlı təklifləri danışıqlar masasında qalır.

TASS-ın məlumatına görə, bunu 14 oktyabrda Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Sputnik”, “Komsomolskaya Pravda” və “Qovorit Moskva” radiostansiyalarına verdiyi müsahibəsində bildirib.

“Əlbəttə ki, siyasi həll mümkündür. Həmsədrlərin hazırladıqları və hazırlamağa davam etdikləri təkliflər danışıqlar masasında qalır, onların məzmunu artıq məlumdur: bu, Qarabağın təhlükəsizlik zəmanətlərinə riayət etməklə və son status müəyyənləşənə qədər Ermənistanla Qarabağ arasında etibarlı əlaqəni təmin etməklə Qarabağ ətrafındakı bölgələrin mərhələli şəkildə, tədricən azad edilməsidir”, – deyə S. Lavrov bildirib.

O, oktyabrın 14-də Azərbaycanın Xarici İşlər naziri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdiyini bildirib.

Rusiya Xarici İşlər Naziri əlavə edib ki, Rusiyanın hərbi müşahidəçiləri Dağlıq Qarabağdakı atəşkəsə nəzarət mexanizminə daxil edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir