Lavrov: “Azərbaycan artıq bütün hərbi əsirləri azad edib”

Azərbaycan tərəfi erməni hərbi əsirlərini azad etmək öhdəliyini tam yerinə yetirib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.

O, jurnalistin müvafiq sualını cavablandıraraq xatırladıb ki, ötən il noyabrın 10-da Bəyanat imzalandığı zaman əsirlikdə olan hərbçilərin sərbəst buraxılması nəzərdə tutulub.

“İndi azərbaycanlılar Bəyanatın qüvvəyə minməsindən sonra və hər hansı bir düşmənçiliyə son qoyulması barədə razılıq əldə edildikdən sonra, noyabrın sonunda orada olan erməni hərbçilər qrupunun əhəmiyyətli bir hissəsini əllərində saxlayırlar”, – deyə diplomat izah edib.

S.Lavrov qarşılıqlı etibarın yaranması üçün bu şəxslərin də sərbəst buraxılması vacibliyindən söz açıb.

Mənbə: “Vestnik Kavkaza”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir