Leonid Slutski: “Rusiyada Mehriban Əliyevanı tanıyır, sevir və ona hörmət edirlər”

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təkcə ölkənizdə deyil, həm də bütün post-sovet məkanının hüdudları daxilində və xaricində özünü sübut etmiş nüfuzlu siyasətçidir”.

Bunu “Report”un Rusiya bürosuna Dövlət Dumasının beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski bildirib.

Rusiyalı deputat Mehriban Əliyevanın fəaliyyətini və onun Azərbaycanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O bildirib ki, Birinci vitse-prezidentin fəaliyyəti Rusiya-Azərbaycan münasibətlərinin inkişafına da müsbət təsir göstərir. Komitə sədri bu əhəmiyyətli təsirin əməkdaşlığın bütün sahələrində hiss olunduğunu əlavə edib.

“Rusiyada Mehriban Əliyevanı tanıyır, sevir və ona hörmət edirlər”, – deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir