Leyla Abdullayeva: “Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva işğalçı Ermənistan ordusunun BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qətnamələrinə riayət etməməsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, xarici siyasət qurumunun sözçüsü bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“1993-cü il oktyabrın 14-də BMT TŞ təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəlində qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması da daxil olmaqla, göstərilən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən 874 saylı qətnamə qəbul etdi. Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib”, – deyə L.Abdullayeva şərhində bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir