Lukaşenko Azərbaycana təşəkkür etdi – VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədəki diplomatik missiyasını başa vuran Azərbaycanın səfiri Lətif Qəndilovu qəbul edib.

Bu barədə prezident administrasiyasının rəsmi “Telegram” kanalı məlumat yayıb.

“Necə də pis ənənə var: bizim ən yaxşı dostlarımız – səfirlər gedirlər və biz sizdən sonra gələcək şəxsin də bizim yaxşı dostumuz olacağına və biz sizin dövrünüzdə olduğu kimi Azərbaycanla mehriban münasibətlər qura biləcəyimizə ümid etməli oluruq” – deyə A.Lukaşenko bildirib.

O, həmçinin Azərbaycana Belarusa karbohidrogen xammalı tədarükünə görə təşəkkür edib:

“Əhsən sizə, Qərb dövlətləri istiqamətindən təzyiqlərə boyun əymədiniz. Sözünüzü tutursunuz: necə razılaşmışıqsa, elə də hərəkət edirik. Müasir dünyada bu çox dəyərlidir. Bizə arxalana bilərsiniz. Biz mənim Azərbaycana etdiyim səfərim zamanı əldə olunmuş razılaşmaları yerinə yetirməyə hazırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir