Lukaşenko: “Belarus Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasını alqışlayır”

Belarus Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşmanı səmimi qəlbdən alqışlayır.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

“Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasına dair razılaşmanı ürəkdən alqışlayırıq. Bu, bölgədə davamlı sülhün təməlini təşkil etməli olan mühüm siyasi qərardır”, – deyə Aleksandr Lukaşenko vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir