Məzahir Pənahov: “Azərbaycanda seçkilərlə bağlı böyük nailiyyətlər əldə edilib”

“Bizim namizədliyimizi irəli sürən tərəflərə və Milli Məclis üzvlərinə təşəkkür edirəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) sabiq sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, Azərbaycanda son illərdə seçkilərlə bağlı böyük nailiyyətlər əldə edilib:

“Bu nailiyyətlər hər şeydən əvvəl Azərbaycanda əldə edilmiş dayanıqlı siyasi inkişaf, müasir tələblərə cavab verən seçkilər üçün hüquqi bazanın yaradılması və MSK üzvləri üçün yaradılan nümunəvi şəraitlə bağlıdır. Əldə edilən nailiyyətlərdə MSK-nın ünvanına deyilən xoş sözlər sadaladığım faktorlarla bağlıdır. Bunun üçün də dövlət başçısına öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Hər kəs əmin olsun ki, biz məsuliyyətimizi başa düşürük. MSK-nın bundan sonrakı fəaliyyəti də ancaq qanunvericiliyin tələbləri əsasında və Azərbaycan xalqının maraqlarını gözləmək şərti ilə atılan addımlardan ibarət olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir