Macarıstan Azərbaycan qazına böyük önəm verir

Macarıstan bu ilin sonunda Cənub Qaz Dəhlizinə qoşulacaq. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib. 

P. Siyarto bildirib ki, Macarıstan qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Onun sözlərinə görə, Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. 

“Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala bilərik. Hətta SOCAR-la danışıqlar da başlanıb ki, lazımi kəmərlər tikilsin”,-deyə o əlavə edib. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir