Makron Putinlə Ukraynadakı vəziyyəti müzakirə etdi

Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Fransa prezidentinin ofisi xəbər verib.

Məlumata görə, söhbət bir saat 45 dəqiqə davam edib.

Danışıqların əsas mövzusu Ukraynadakı vəziyyətlə bağlı olub.

Məlumata əsasən, Putin Makrona bildirib ki, Kiyev Rusiya ilə dialoqu davam etmək üçün “Rusiyanın məlum tələbləri”ni yerinə yetirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.