Maksim Hilko: “Azərbaycan münaqişəyə KTMT-ni cəlb etmək üçün Ermənistana heç bir şans vermir” – MÜSAHİBƏ

Ermənistan qoşunlarının Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə raket hücumu (Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəf edilən) Azərbaycanı Ermənistan ərazilərinə cavab zərbələrinə təhrik etmək cəhdidir. Bununla da onlar münaqişəni yeni səviyyəyə qaldırmaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) buna cəlb etmək istəyirlər.

Bunu Media.Az-a avropalı mütəxəssis, Şərqi Avropada Təhlükəsizlik Araşdırmaları Təşəbbüsünün rəhbəri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin elmi işçisi Maksim Hilko bəyan edib.

“Dağlıq Qarabağ və işğal olunmuş yeddi rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bakının ölkə hüdudlarından kənara çıxmayan hərbi əməliyyatı Ermənistana KTMT qüvvələrini cəlb etmək üçün heç bir şans vermir. Yəni İrəvan Azərbaycanın Ermənistan ərazisinə cavab zərbəsində sadəcə maraqlıdır”, – deyə o, bildirib.

Onun sözlərinə görə, Azərbaycandan çıxan boru kəmərləri Avropaya digər enerji təchizatı marşrutları üçün rəqibdir: “Deməli, vurmaq üçün Ermənistanı “dilə tuta” bilərdilər”.

– BTC-ni partlatmaq cəhdindən sonra Avropadan reaksiya gözləmək olarmı?

– Bu boru kəməri Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Yalnız Rusiyadakı tədarükdən asılı olmamaq üçün diversifikasiya lazımdır. Və hər bir halda, enerji infrastrukturuna zərbələr qəbuledilməzdir.

Bəs Avropanın reaksiyası nə qədər sərt olacaq? Bu, Avropa Birliyinin nələrin baş verdiyi, raketlərin harada uçduğu barədə tam məlumat almasından asılıdır.

Tez-tez belə təəssürat yaranır ki, Avropa postsovet məkanında baş verənlər barədə əsas məlumatları yalnız Moskvadakı Avropa nəşrlərinin müxbirlərindən alır. Bəs onlar nə qədər dəqiq məlumat ötürürlər? Bu barədə heç də həmişə düşünmürlər.

Əlbətdə ki, kritik vacib enerji infrastrukturuna zərbələrin (Ermənistan tərəfindən – red.) qarşısını almaq üçün Avropanı daha güclü fəaliyyətə çağırmaq olar. Ancaq Fransa prezidenti Emmanuel Macron amili də var, hansı ki, Türkiyə ilə gərgin münasibətlərlə əlaqədar vasitəçilik mövqeyindən uzaqdır, əksinə Ermənistanı dəstəkləyir. Burada Berlinin tutacağı mövqe də çox vacibdir.

– Yeri gəlmişkən, Almaniyanın mövqeyi barədə. Bu gün mən alman politoloq Andreas Umlandla danışmışam. O, Almaniyanın informasiya məkanında BTC-nin atəşə tutulmasına cəhd barədə heç bir xəbər olmadığını söylədi. Halbuki, Qarabağdakı döyüş əməliyyatlarından xəbərdardırlar.

– Məhz elə bunu nəzərdə tuturam. Aydın məlumatlar və faktlarla dəstəklənən dəqiq informasiyaları  daha aktiv şəkildə çatdırmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir