Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım: “Qəlbimizdə əbədi yaşayan Böyük İnsan!” – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, Mehriban Əliyeva şəxsi “Instagram” hesabında Ulu Öndərin fotosunu paylaşaraq “Qəlbimizdə əbədi yaşayan Böyük İnsan!” qeydini əlavə edib.

Xatırladaq ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir